KriptoGrafiya.Com-a Qonaq Kimi Daxil Olmusunuz! Saytda Linkləri Görəbilmək üçün Qeydiyyat Olun!

KriptoGrafiya.Com - Balacaların dilindən... | Forumlar
26 OnLine
 
Username:    Password:       Remember Me  Connection            Registration     Password Recovery?
 

Bot Profil Reklam Sahəsi

Reklam Botu

Reklam Servisi
Forumçu: XEY
Məkan: Azərbaycan
Məslək: Reklam



Reklam Sahəsi
Istifadəçi Yazdığı Mesaj

Online V<ziyy<ti Elxan h


Banned



Yazdığı Mesaj: 13
Şəhər:
Ölkə:
Məslək:
Mövzu sayı: 1
Yaşı:
Rep Ver:
Rep Group:   0   Wanderer
Təcrübə: 2.2%

    #10283   2010-07-27 08:00 GMT      
http://i069.radikal.ru/1007/f0/6e19e561052f.jpg



Fatma Nur (6 yaş):
Peyğəmbər Əfəndimizi şokoladdan belə daha çox sevirəm.

Aişə Nur (6 yaş):
Peyğəmbər Əfəndimiz yanımda olsaydı ONA sirlərimi söyləyərdim. Çünki O sirlərimi kimsəyə söyləməz.

Mustafa Səid (5 yaş):
Peyğəmbər Əfəndimizi yuxumuzda görə bilmək üçün ONun adını dəftərə yaza bilmək lazımdır.

Şeyma (6 yaş):
"Məhəmməd Mustafa" yəni peyğəmbərimiz deyincə mən çox kədərlənirəm. Çünki O, yuxuma heç gəlmir, həmişə pis insanlar gəlir. Nə olar Peyğəmbərim sən gəl, pis insanlar gəlməsin!

Esra Nur (5 yaş):
İndi biz burada yoldaşımıza pis bir şey söyləsək Peyğəmbər Əfəndimiz eşidər və cənnətə getdiyimiz zaman bizi qarşılamaz.

Aişə Serra (5 yaş):
Yatınca həmişə Peyğəmbər Əfəndimizi düşünürəm. Ehh kaş ki yanımda olsaydı!

Süleyman (6 yaş):
Peyğəmbər Əfəndimiz mənim həmişə yanımda otursun. Mən də ONun qucağında yatım. Çünki ONU çox sevirəm, həm də çox darıxıram.

Əhməd Hüsrev (6 yaş):
Peyğəmbər Əfəndimiz yanımda olsaydı ONunla birlikdə Quran öyrənərdim. Çünki O çox gözəl Quran öyrədər uşaqlara.

Ömər (6 yaş):
Məncə Peyğəmbər Əfəndimiz hər kəsi xəbərdar etmək üçün gəlmiş dünyaya. Pislik etməmələri üçün. Onsuz da pislik edənlər Peyğəmbərimizi sevmirdir. Mən pislik etmirəm çünki Peyğəmbərimizi çox sevirəm.
Beyza (6 yaş):
Peyğəmbər Əfəndimizin ölməsini istəmirəm amma vəfat etmiş. Ona görə ONA yalnız dua edirəm gecələri. ALLAHım, nə olar Cənnətdə Əfəndimizi görüm!

Yunus Emre (5 yaş):
Peyğəmbər Əfəndimiz bu dünyaya bizi görmək üçün gəlmişdir. Pislərə "yaxşı olun!" demişdir, amma bəziləri yaxşı olmuşdur,bəziləri olmamışdır. Kaş ki bir daha gəlsə, onu çox sevirəm!

Gamze (5 yaş):
Peyğəmbərimizə pis söz söyləməmək lazımdır. Əgər söyləsək Peyğəmbərimiz bizi sevməz, O sevməzsə ALLAH da sevməz.

İlayda (6 yaş):
Peyğəmbər Əfəndimiz mələk kimi bir insandır. Çünki Cənnətdə yaşayır. Həm uşaqları sevdiyi üçün də ona mələk deyirəm.

Büşra (6 yaş):
Peyğəmbərimizi çox sevirəm. Çünki O mənə yaxşılıq edir. Məni Cənnətə aparır. O olmasaydı mən necə Cənnətə gedərdim, ALLAH qorusun.

Talha (6 yaş):
Peyğəmbər Əfəndimizi görə bilmək üçün Cənnətə getmək istəyirəm. Və ONunla orada yaşamaq istəyirəm.

Əli Səid (6 yaş):
Peyğəmbər Əfəndimiz məni yaxşı etsin. Amma məni Cənnətdə yaxşı edə bilər. Çünki dünyada yox. Eee mən də Cənnətdə yaxşı olacağam artıq!

Fikirləriniz..
       

Istifadəçi Yazdığı Mesaj

Online V<ziyy<ti The_Hacker_Manifesto


Moderators



Yazdığı Mesaj: 1113
Şəhər: Şirvan Şəhəri
Ölkə:
Məslək: Məslək sirri
Mövzu sayı: 189
Yaşı: 21
Rep Ver:
Rep Group:   44   Valiant knight
Təcrübə: 69.5%

    #10359   2010-07-27 16:50 GMT      
Cox gözel,saf ve temiz fikirlerdi


demek ki, bu uwaqlarin valideynleri ovladlarina indiden dogru yolun hansi oldugunu, Peygemberimizin (s.a.s) en gozel exlaqa ve saf emellere sahib oldugunu oyrede bilmiwler.


mende isteyirem ki senin yazdigin ardinca bura ele qeseng bir dene movzu yerlesdirim(ozun burda olmasada ruhun bizimledir ay ELXAN) ..oxuyarsiniz cox maraqlidir


Allah babaya məktub


Rauf səhər işə getməyə hazırlaşırdı. Maşını qarajdan çıxardarkən qızını, Sonani yolla gedən gördü. Əynində gözəl bir don, əlində isə bir məktub var idi.
-- Hara gedirsən?
-- Mən...mən....ata, mən poçta gedirəm.
-- Niyə?
-- Bu məktubu göndərməliyəm
-- Ver mənə mən göndərərəm sənin üçün
Bir an balaca qız çəkindi amma axır ki, məktubu atasına uzatdı. Atası qoydu maşının qabaq oturacağına, qızına əl elədi və yola düşdü.
İşdə oturarkən məktub Raufun gözünə dəydi. Üstündəki ünvanı oxudu:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu.

Əziz Allah baba,
Bu mənim sənə birinci məktubumdu. Anam həmişə deyirdi ki, sən uşaqları sevirsən və onların dualarını tez eşidirsən. Mənim anam 7ci ad günümdən 3 gün sonra vəfat etdi. Ona kimi həmişə xoşbəxt idim, amma indi çooox qəmliyəm. Atam həmişə mənimlə oynayardı, mənə kitab oxuyardı, amma indi heç mənimlə danışmır. Səhər tezdən işə gedir, axşam isə mən yatandan sonra qayıdır. Xalam deyir ki, artıq içməyə də başlayıb.
Xahiş edirəm Allah baba, mənim anamı qaytar. Onsuz bu evdə yaşamaq istəmirəm. Hər gün məktəbə gedəndə sinif yoldaşlarımın analarını görürəm və məni ağlamaq tutur. Nə olar Allah baba, anamı qaytar. Əgər o artıq mələkdirsə və onu qaytara bilmirsənsə onda məni də olmazür apar. Anamı necə apardın məni də elə apar.
Mən yaxşı qızam. Anamdan soruş deyəcək. Həmişə dərslərimi edirəm və otağımı yığışdırıram. Söz verirəm ki, sənə heç bir narahatçılıq törətməyəcəm. Səni gözləyəcəm!
Səni sevən, Sona..

Rauf məktubu bir yox üç dəfə oxudu. Bir az sonra, vəfat etmiş həyat yoldaşı ilə ilk dəfə tanış olduğu yerə getdi. Orda böyük bir ağac var idi. Ağaca baxa baxa bir neçə saat qızının yazdığı barədə fikirləşdi. Həm özünə həm də həyat yoldaşına söz verdi ki, dəyişəcək.

Altı Ay Sonra:

Sona artıq yerində yatmışdı. Rauf onu yuxudan oyatmaq istəyəndə çarpayının yanında bir məktub gördü. Ünvanı belə idi:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu:

Əziz Allah Baba,
Bu sənə ikinci məktubumdu. Bilirəm ki birinci məktubumu almısan. Sənə təşəkkürümü bildirmək istəyirəm. Düzdü anamı mənə qaytarmadım, məni olmazürüb aparmadın, amma atamı dəyişdin.
Bilirsən Allah baba, mən indi onun otağında yatıram. Gecələr mənə nağıllar oxuyur, mənimlə danışır, gülür, və hər səhər üzgüçülüyə gedirik. Axşamlar isə, maşınla şəhəri gəzirik. Daha içki içmir. İstəyirsən xalamdan soruşarsan. Bilmirəm sənə necə təşəkkür edim, Allah baba, çox sağ ol!
Səni Sevən, Sona..


ALINTIDIR


http://s41.radikal.ru/i093/1007/c5/8ddc87db00c8.gif
THE_HACKER_MANIFESTO»»»Tək Fərqimiz AZƏRBAYCANLI olmağımızdır,ya tam susdurarıq ya da qan qusdurarıq.Bu barədə nə qayda tanıyarıq nə də Kral !
       

Istifadəçi Yazdığı Mesaj

Online V<ziyy<ti XEY 


Informatix



Yazdığı Mesaj: 2236
Şəhər: NaXCiVaN
Ölkə:
Məslək: Informatix
Mövzu sayı: 334
Yaşı: 24
Rep Ver:
Rep Group:   18   Doctor
Təcrübə: 83.2%

    #10389   2010-07-28 00:09 GMT      
məni olmazürüb aparmadın

srift sehvleeri var...maraqliydi)_)) guldumde)) allah baba inanmirsansa xalamdan sorus
       

Istifadəçi Yazdığı Mesaj

Online V<ziyy<ti SANOAR


Mobiland



Yazdığı Mesaj: 759
Şəhər: sanoar@mail.ru
Ölkə:
Məslək: Komp Operatoru
Mövzu sayı: 58
Yaşı: 20
Rep Ver:
Rep Group:   14   Ambulance
Təcrübə: 61.5%

    #10391   2010-07-28 00:15 GMT      
ELXAN MOVZULARI MIX.AZ DAN OQURLAMA BIG.AZ DAN OQURLAMAAAA YADA MENBE YAZZZ
sanoar@mail.ru [email]sanoar@live.ru
[/email]
       

Istifadəçi Yazdığı Mesaj

Online V<ziyy<ti XEY 


Informatix



Yazdığı Mesaj: 2236
Şəhər: NaXCiVaN
Ölkə:
Məslək: Informatix
Mövzu sayı: 334
Yaşı: 24
Rep Ver:
Rep Group:   18   Doctor
Təcrübə: 83.2%

    #10393   2010-07-28 00:18 GMT      
OGURLUQDU>>KILID!
       

Bu mövzu kilidlidir. Mesaj yazanmazsınız.
Oxşar Mövzular
MövzuMüəllif
Balacaların dilindən...Elxan h
Balacaların dilindən...Elxan h

38.107.191.100
Səhifə açılma müddəti 0.173 Saniyə

The XEY Cyrptograph Production!
Seditio HELL Skin | Idea & Inf & Design XEY | PowereD XEY
Copyright 2009 © Kriptografiya.CoM | All Rights reserved